Azərbaycan Prodüserlər Gildiyası 14-15 fevral 2026-cı il tarixlərində, 76-cı Berlin Beynəlxalq Film Festivalı (Berlinale) çərçivəsində keçirilən Beynəlxalq Kino Prodüserləri Assosiasiyaları Federasiyasının (FIAPF) Baş Assambleyasında ilk dəfə rəsmi üzv statusunda iştirak edib.

Dünya kino sənayesinin əsas tənzimləyici qurumlarından biri olan FIAPF-ın toplantısında ölkəmizi Gildiyanın sədri Müşfiq Hətəmov, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Cavid Zaidov və Kino istehsalatı şöbəsinin müdiri Emin Quliyevdən ibarət nümayəndə heyəti təmsil edib.

İclasın gedişatında Azərbaycan Prodüserlər Gildiyası federasiyanın digər beynəlxalq üzvlərinə rəsmən təqdim olunub.

İclasda və keçirilən digər görüşlərdə kino istehsalında tətbiq olunan müasir hüquqi və texniki normaların ölkəmizdə adaptasiyası, qlobal film bazarındakı cari meyillər və rəqəmsal transformasiya, süni intellektin kino sənayesinə inteqrasiyası və xarici prodüserlərlə müştərək layihələrin həyata keçirilməsi perspektivləri də müzakirə olunmuşdur. Görüşlərdə vurğulanıb ki, Azərbaycanın FIAPF üzvlüyü xarici investorlar və prodüserlər üçün etibarlı tərəfdaş imicini daha da möhkəmləndirir. Bu isə yaxın gələcəkdə ölkəmizdə irimiqyaslı beynəlxalq kino layihələrinin həyata keçirilməsinə zəmin yaradır.

Bu üzvlük həmçinin, Azərbaycan prodüserlərinin beynəlxalq müəllif hüquqlarının qorunması, festivalların akkreditasiyası və qlobal kino siyasətinin formalaşdırılmasında səs hüququna malik olması deməkdir.

APG nüfuzlu beynəlxalq tədbirdə ilk dəfə rəsmi üzv statusunda APG nüfuzlu beynəlxalq tədbirdə ilk dəfə rəsmi üzv statusunda